- Baxış sayı: 47
- 19 Dekabr 2025 14:28

- Baxış sayı: 173
- Dekabr 19, 2025
- 0


Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Jan Todt bildirib ki, Formula-1-lə yeni razılıq sazişinin imzalanması zamanı o, dünya çempionatına dair qərarların qəbulunda FİA üçün daha çox səlahiyyət tələb edəcək. Allsport.az saytının məlumatına görə, o bu barədə belə deyib:
“Mənim üçün nəinki iştirakçıların, həm də jurnalistlərin və azarkeşlərin fikri həmişə əhəmiyyətlidir. Lakin qərarların qəbul edilməsində FIA-nın daha çox muxtariyyəti olmalıdır. Şərtləri diktə etmək istədiyimizi demək haqsızlıq olardı. Biz Formula-1 promouteri ilə işləməyi qarşıya məqsəd qoymuşuq. Lakin qərarları qəbul edən rəhbər orqan olmaq niyyətindəyik”.