Jiru 300-ə çatdı

“Lill”in hücumçusu Olivye Jiru Avropa liqasının pley-off mərhələsində Serbiyanın “Srvena Zvezda” klubuna qarşı keçirilən cavab oyununda (2:0, əlavə vaxtda) tarixi uğura imza atıb.

Allsport.az xəbər verir ki, 39 yaşlı fransalı forvard matçın 4-cü dəqiqəsində hesabı açmaqla karyerasında yeni bir zirvəni fəth edib.

Bu qol Jirunun klub karyerasında vurduğu 300-cü yubiley topu olub.

Jiru həm də 137 oyunda vurduğu 57 qolla Fransa milli komandasının tarixinin ən yaxşı bombardirlərindədir.

Həmin kateqoriyadan