- Baxış sayı: 28
- 09 Mart 2026 21:25
- Baxış sayı: 296
- Mart 05, 2026
- 0

“Los Anceles”, “Milan”ın hücumçusu, Fransa millisinin heyətində dünya çempionu Olivye Jiru transfer etdiyini açıqlayıb.
Allsport.az xəbər verir ki, 37 yaşlı forvard MLS klubu ilə 2025-ci ilin sonuna qədər müqavilə imzalayıb.
Fransız daha əvvəl bu mövsümün sonunda azad agent kimi “Milan”dan ayrılacağını açıqlamışdı.
Bu mövsüm Jiru bütün yarışlarda 45 matçında 16 qol vurub və 9 məhsuldar ötürmə edib.