- Baxış sayı: 39
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 39
- Dekabr 05, 2025
- 0

“Vulverhəmpton” keçmiş hücumçusu Dioqo Jotanı klubun şöhrət zalına daxil edilib.
Allsport.az xəbər verir ki, “canavarlar” onun komandanın nailiyyətlərindəki töhfəsini və ölümünün futbol dünyasına təsirini qeyd edib.
İyulun əvvəlində Jota İspaniyanın Zamora əyalətində avtomobil qəzasında faciəvi şəkildə həlak olub. Onunla avtomobildə qardaşı, həm də peşəkar futbolçu olan Andre Silva da vəfat edib.
Jota 2017-ci ildən 2020-ci ilə qədər “Vulverhəmpton”un heyətində 131 oyun keçirib, 44 qol vurub və 19 məhsuldar ötürmə edib. 28 yaşlı futbolçunun son klubu “Liverpul” olub.