- Baxış sayı: 37
- 13 Mart 2026 23:43
- Baxış sayı: 159
- Mart 13, 2026
- 0

“Kəpəz” qış fasiləsində növbəti transferini gerçəkləşdirib.
Allsport.az xəbər verir ki, Gəncə təmsilçisi heyətini gürcüstanlı müdafiəçi Mate Abuladze ilə gücləndirib. 25 yaşlı futbolçu ilə növbəti mövsümün sonunadək müqavilə imzalanıb.
Mate Abuladze mövsümün ilk yarısını Gürcüstanın “Samqurali” klubunda keçirib. 2024-cü ildən Tsxaltubo təmsilçisinin köynəyini geyinən müdafiəçi bu müddət ərzində 49 oyunda meydana çıxaraq 2 qola imza atıb.