- Baxış sayı: 10
- 27 Noyabr 2024 17:53
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Yanvarın 18-dən Türkiyədə olan “Kəpəz” təlim-məşq toplanışını yekunlaşdırıb. Allsport.az xəbər verir ki, bu gün səhər çalışması ilə komandanın 16 günlük Antalya toplanışı başa çatıb. Çempionatın qış fasiləsində hazırlığın əsas mərhələsini qardaş ölkədə keçən “sarı-göylər” gündə iki dəfə məşq ediblər.
“Kəpəz” toplanış müddətində taktiki və texniki məşqlərə üstünlük verib, dörd yoxlama oyununa çıxıb. Gəncə klubu yanvarın 22-də “Viitorul” (Konstanta, Rumıniya – 1:1), 25-də “Daejeon Citizen” (Cənubi Koreya – 1:0), 28-i tarixində “Yagelloniya” (Belostok, Polşa – 1:8) və ayın 31-də “Spartak” (Subotiça, Serbiya – 2:0) klubları ilə qarşılaşıb.
Xatırladaq ki, “Kəpəz” mövsümün 2-ci hissəsinə hazırlığın ilk mərhələsini Bakıda keçirmişdi.