- Baxış sayı: 30
- 25 Mart 2026 22:56
- Baxış sayı: 200
- Mart 25, 2026
- 0

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan “Kəpəz” plana uyğun olaraq bu gün – iyulun 25-də sonuncu yoxlama oyununu keçirəcək. Allsport.az xəbər verir ki, “sarı-göylər”in rəqibi yerli komanda olacaq.
Gəncə klubu Türkiyə çempionatının 2-ci liqasında çıxış edən və bu mövsüm qarşısına ciddi hədəflər qoyan “Kocaeli Birlikspor”la qarşılaşacaq. Onu da deyək ki, Kocaeli təmsilçisi də Ərzurumda toplanışdadır.
“Kəpəz” – “Kocaeli Birlikspor” matçı Türkiyə vaxtı ilə saat 17:30 başlayacaq. Ərzurum Böyükşəhər Bələdiyyəsinə məxsus arenada keçiriləcək oyunu yerli hakimlər briqadası idarə edəcək.