- Baxış sayı: 20
- 25 Mart 2026 22:56
- Baxış sayı: 190
- Mart 25, 2026
- 0

Məşqlərini Bakıda davam etdirən “Kəpəz” növbəti yoxlama oyununda qüvvəsini sınayıb. Allsport.az xəbər verir ki, Gəncə klubu iyulun 16-da birinci divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşıb. Matç “Dalğa Arena”da baş tutub.
Oyun “sarı-göylər”in 2:0 hesablı qələbəsi ilə sona çatıb. Gəncə klubundan qolları Murad Ağakişiyev və Şəhriyar Rəhimov vurub.
Xatırladaq ki, “Kəpəz” bundan öncə Bakıda keçirdiyi 3 yoxlama oyununun hamısında qalib gəlmişdi. Nizami yurdunun təmsilçisi “Sumqayıt”ı 1:0, AZAL-ı 2:1, U-19 yığmasını isə 4:1 hesabı ilə məğlub etmişdi.