“Kəpəz” məşqləri bərpa etdi

“Kəpəz” üç günlük istirahətdən sonra iyulun 30-da məşqləri bərpa edib. Allsport.az xəbər verir ki, “Ruslan-93” İdman Kompleksində məskunlaşan komanda hazırlıq prosesini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçir. Məşqlər hər gün saat 19:00-da başlayır.

Xatırladaq ki, “sarı-göylər” bundan öncə Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışı keçib. Gəncə klubu qardaş ölkədə olduğu 10 gün ərzində həm də yoxlama oyunlarında qüvvəsini sınayıb.

Həmin kateqoriyadan