- Baxış sayı: 20
- 25 Mart 2026 22:56
- Baxış sayı: 190
- Mart 25, 2026
- 0

Transfer çalışmalarını davam etdirən “Kəpəz” vaxtilə komandada oynamış Olavale Onanuqanı heyətinə qatıb. Allsport.az saytı xəbər verir ki, 27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Nigeriyalı yarımmüdafiəçi bundan əvvəl 2023/2024-cü illər mövsümündə “sarı-göylər”in heyətində çıxış edib, 27 oyuna 2 qol vurub. Olavale “Kəpəz”dən sonra “Əl-Nəsr” (Küveyt) və “Bney Yehuda” (İsrail) klublarında oynayıb.