- Baxış sayı: 20
- 25 Mart 2026 22:56
- Baxış sayı: 190
- Mart 25, 2026
- 0

Yeni mövsümün hazırlığını Gəncədə davam etdirən “Kəpəz”in əvəzedici komandası iyulun 16-da “Turan Tovuz”la yoxlama oyununda üz-üzə gəlib. Allsport.az xəbər verir ki, Tovuzda keçirilən görüş əvəzedici heyətin məğlubiyyəti ilə yekunlaşıb.
“Sarı-göylər” rəqibə 1:2 hesabı ilə uduzub. Matçda gəncəlilərin aktivinə yazılan qolu Ülvi Cəlilov vurub.
“Kəpəz”in əvəzediciləri növbəti yoxlama oyununu iyulun 18-də keçirəcək. “Kəpəz” Qəbələdə eyniadlı klubun əvəzediciləri ilə qarşılaşacaq.