“Kəpəz” Türkiyə klubuna qalib gəldi

Türkiyənin Ərzurum şəhərində iyulun 17-dən hazırlıq prosesi keçən “Kəpəz” bu gün son yoxlama oyununa çıxıb. Allsport.az xəbər verir ki, Gəncə klubunun rəqibi Türkiyə çempionatının 2-ci liqasında çıxış edən “Kocaeli Birlikspor” klubu olub.

Ərzurum Böyükşəhər Bələdiyyəsinə məxsus arenada keçirilən oyunu yerli hakimlər briqadası idarə edib. Matç “sarı-göylər”in qələbəsi ilə yekunlaşıb – 2:1.

Gəncə klubunun qolları ilk yarıya təsadüf edib. Əvvəlcə Junior Osvaldo – Tural Rzayev kombinasiyasını Aleksandr Sıtnik məhsuldar zərbə ilə tamamlayıb. Az sonra isə Rzayev Osvaldonun ötürməsi ilə fərqlənib.

Kocaeli təmsilçisinin gücü ikinci hissədə yalnız hesab arasındakı fərqi azaltmağa çatıb. Şübhəli cərimə zərbəsindən türklər yekun nəticəni müəyyənləşdiriblər.

Həmin kateqoriyadan