- Baxış sayı: 35
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən “Kəpəz” bu gün – iyulun 23-də qardaş ölkədə ikinci yoxlama oyununa çıxacaq. Allsport.az xəbər verir ki, “sarı-göylər”in rəqibi Gürcüstanın yüksək liqasında çıxış edən “Şukura” klubu olacaq.
Oyun yerli vaxtla saat 17:30-da başlayacaq. Görüş Ərzurum Bələdiyyəsinə məxsus meydançada keçiriləcək.
Xatırladaq ki, Gəncə klubu Türkiyədə ilk sınaq oyununu iyulun 21-də “1461 Trabzon” klubuna qarşı keçirib. Matç gəncəlilərin 1:0 hesablı qələbəsi ilə nəticələnib.