“Kəpəz”in azarkeşləri klubu 4000 manat ziyana salıb

Bu gün AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra ölkə çempionatının 19-cu turunun oyunları ilə bağlı qərar çıxarılıb:

Premyer liqada “Kəpəz” – “Qəbələ” matçı başa çatdıqdan sonra, qonaqlar stadion ərazisini tərk edərkən yerli azarkeşlər tərəfindən rəqib avtobusunun şüşəsi sındırılıb. Gəncə klubu qonaq komandanın təhlükəsizliyini tam təmin etmədiyinə görə 4000 manat cərimə olunub.

“Qəbələ” klubunun dəymiş ziyana uyğun olaraq təqdim edəcəyi məbləğ “Kəpəz” klubu tərəfindən ödəniləcək.

 

Həmin kateqoriyadan