- Baxış sayı: 59
- 19 Dekabr 2025 23:49
- Baxış sayı: 141
- Dekabr 19, 2025
- 0


Küveyt premyer liqasında 11-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Kamal Mirzəyevin çıxış etdiyi “Əl-Salmiyə” evdə “Əl-Şəbab”ı 2:1 hesabı ilə məğlub edib.
90 dəqiqə meydanda olan Kamal bu dəfə də parlaq oyun nümayiş etdirib və komandasının qələbəsində önəmli pay sahibi olub.
“Əl-Salmiyə” 20 xalla 10 komanda arasında 2-ci yerdə qərarlaşıb.