- Baxış sayı: 30
- 25 Mart 2026 22:56
- Baxış sayı: 200
- Mart 25, 2026
- 0

Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev özünə yeni klub tapıb. Allsport.az xəbər verir ki, millimizin qolkiperi növbəti mövsümdə də Türkiyənin PTT 1-ci liqasında çıxış edəcək.
Belə ki, o, “Karşıyaka” ilə anlaşıb. Tərəflər bir illik müqavilə imzalayıblar. Həmyerlimiz bu gündən yeni komandasının Boludakı təlim-məşq toplanışına qoşulacaq.
Qeyd edək ki, Ağayev son mövsümdə “Kayserispor”da çıxış etmiş və bu klubla PTT 1-ci liqanın qalibi olmuşdu. Amma Super Liqaya yüksələn komanda Kamranla əməkdaşlığı davam etdirmək istəməmişdi.