- Baxış sayı: 48
- 12 Mart 2026 23:51
- Baxış sayı: 465
- Mart 12, 2026
- 0

Qazaxıstanın Çimkənd şəhərində yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.
Allsport.az xəbər verir ki, akademik Mərdan Saparbayevin xatirəsinə ənənəvi yarışda məşqçi Akif Əliyevin rəhbərliyi altında U-20 milli komandamızın 4 üzvü iştirak edib.
Onlardan biri fəxri kürsüyə qalxıb. Kamran Rəcəbli (72 kq) bürünc medal qazanıb.
Qeyd edək ki, turnirdə Qazaxıstan, Azərbaycan, Rusiya, Özbəkistan, Qırğızıstan, Tacikistan və Çin güləşçiləri mübarizə aparıb.