- Baxış sayı: 50
- 13 Aprel 2026 17:55
- Baxış sayı: 46
- Aprel 14, 2026
- 0

Bu gün Albaniyanın paytaxtı Tiranada “Məhəmməd Malo” turnirinə start verilib. Allsport.az saytı xəbər verir ki, əmsal yarışının ilk günündə sərbəst güləş üzrə millinin 5 üzvü mübarizə aparıb və onların 3-ü fərqlənib.
Rəşid Babazadə (65 kq) yalnız finalda yenilib. İslam Bazarqanov (57 kq) və Arseni Cioyev (86 kq) bürünc medal qazanıblar.
74 kq-da çıxış edən Kənan Heybətov və Turan Bayramov elə ilk tutaşmada uduzublar. Bütün çəkilər olimpiya dərəcəsidir.