Kanselu tibbi müayinədən keçib

“Barselona”nın yeni transferi Joau Kanselu klub üçün tibbi müayinədən uğurla keçib. Lakin portuqaliyalı müdafiəçinin yaxın oyunda meydana çıxması gözlənilmir.

Allsport.az xəbər verir ki, klubun idman direktoru Deku futbolçunun fiziki durumu ilə bağlı məlumat verib. O, Kanselunun uzun müddət oyun praktikasından uzaq qaldığını və tam hazır olması üçün zamana ehtiyacı olduğunu bildirib: “Düşünmürəm ki, Joau növbəti matçda iştirak edə bilsin. Onun yenidən lazımi formaya düşməsi üçün bir az vaxt lazımdır”.

Kanselu Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan icarə əsasında Kataloniya təmsilçisinə qoşulub. 31 yaşlı cinah müdafiəçisi hazırda fərdi proqram üzrə bərpa prosesi keçir.

Həmin kateqoriyadan