Kante Türkiyəyə köçür

“Fənərbağça” dünyaca məşhur futbolçu N’Qolo Kanteni heyətinə qatmaq üçün ciddi addımlar atır.

Allsport.az xəbər verir ki, yayda azad agent statusu alacaq 34 yaşlı yarımmüdafiəçiyə artıq rəsmi təklif göndərilib. Bu həftə ərzində İstanbul klubunun rəhbərliyi ilə Kantenin agenti arasında həlledici görüşün keçirilməsi planlaşdırılır.

Hazırda Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çıxış edən fransalı oyunçu cari mövsümdə 21 matçda meydana çıxıb və 1 qolla yadda qalıb.

Həmin kateqoriyadan