Kapoeyra komandası beynəlxalq turnirində 1-ci olub

Polşanın Zakopane şəhərində kapoeyra üzrə beynəlxalq turnirində Azərbaycan komandası 1-ci olub.

Allsport.az saytı xəbər verir ki, millidən Fərid Allahverdiyev, Toğrul Qurbanov, Asya Atayeva, Mehriban Hacıbabayeva və Əli Tağızadə qızıl medal qazanıblar.

Cavidan Pənahlı, Aydan Əliyeva və Fərid Səlimov 2-ci, Alı Davud, Rəhmətullah Eyvazov, Şəms Rəhimzadə 3-cü yer tutublar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish