- Baxış sayı: 43
- 02 Mart 2026 22:38
- Baxış sayı: 48
- Mart 02, 2026
- 0

“Karvan-Yevlax”ın qış təlim-məşq toplanışının detalları müəyyənləşib. Allsport.az xəbər verir ki, komanda yanvarın 3-də Yevlaxda toplaşacaq.
Bölgə təmsilçisinin toplanışda 2 yoxlama oyunu keçirməsi nəzərdə tutulur. Artıq rəqiblərdən birinin adına aydınlıq gəlib.
Füzuli Məmmədovun rəhbərlik etdiyi kollektiv yanvarın 17-də Yevlaxda “Kəpəz”lə qarşılaşacaq. Digər rəqibin adına yaxın günlərdə aydınlıq gələcək.
“Karvan-Yevlax” 2026-ci ildə ilk rəsmi oyununu Azərbaycan premyer liqasının XVII turu çərçivəsində yanvarın 25-də səfərdə “Sabah” klubuna qarşı keçirəcək.