- Baxış sayı: 72
- 31 Oktyabr 2024 19:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“İnter”in baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Kubokunun yarımfinal çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri cavab oyununu şərh edib. Allsport.az xəbər verir ki, “bankirlər”in gürcü çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan (ilk oyun 0:2) sonra bunları söyləyib:
“Neftçi” klubunu finala çıxması, futbolçularımı isə yaxşı oyuna görə təbrik edirəm. Düşünürəm ki, bu gün çox sayda qol epizodu yaratdıq. Bir qədər ustalıq səviyyəsi çatmadı. Eyni zamanda, bəxtsizlik də vardı. İlk oyundan sonra demişdim ki, “Neftçi” qələbə qazanıb və özünü rahat hiss edir. “Neftçi” ev oyununda qol buraxmadı, əvəzində 2 qol vurdu. Bütün bunlar cavab oyunu üçün üstünlük idi. Son hadisələrlə bağlı isə deyə bilərəm ki, “İnter” dağılarsa, faciə olacaq. Çünki “İnter” “Neftçi” və “Qarabağ”la birgə Azərbaycan futbolunun adını yüksəldib. Ümid edirəm ki, yeni gələcək rəhbərlər bu komandaya diqqət ayıracaqlar. “İnter”i yaşatmaq onların borcudur. Çünki “İnter” Azərbaycanın öndə gedən klublarından biridir”.