Kazemiro MLS yolunda

“Mançester Yunayted”in mövsüm sonunda komandadan ayrılacağını elan etdiyi Kazemiro karyerasını ABŞ-də davam etdirə bilər.

Allsport.az xəbər verir ki, Lionel Messinin çıxış etdiyi “İnter Mayami” klubu 34 yaşlı braziliyalı yarımmüdafiəçinin əhatəsi ilə danışıqlara başlayıb. Artıq ilk təklifini alan ulduz futbolçunun MLS-ə keçməyə müsbət yanaşdığı bildirilir. Lakin maliyyə şərtləri bu transferdə əsas maneə ola bilər. Belə ki, Kazemiro eyni zamanda Avropa və Səudiyyə Ərəbistanı klublarından da bir neçə təklif alıb.

Həmin kateqoriyadan