Kerrik mükafatlandırıldı

“Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik İngiltərə premyer liqasında yanvarın ən yaxşı məşqçisi seçilib.

Allsport.az xəbər verir ki, ötən ayın ortasında mövsümün sonuna qədər müqavilə imzalayaraq komandanın sükanı arxasına keçən 44 yaşlı mütəxəssis qısa müddətdə böyük uğura imza atıb.

Onun rəhbərliyi altında “qırmızı şeytanlar” yanvarda “Mançester Siti” (2:0) və “Arsenal” (3:2) üzərində mühüm qələbələr qazanıblar.

Həmin kateqoriyadan