- Baxış sayı: 27
- 30 Mart 2026 12:48
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

Ölkə çempionatın 2-ci yarısına hazırlığı davam etdirən “Keşlə” daha bir keçidi rəsmiləşdirib. Allsport.az saytı xəbər verir ki, baxışa dəvət olunan kamerunlu yarımmüdafiəçi Herve Tçami ilə rəsmi müqavilə bağlanılıb.
O, “Neftçi” və “Qaradağ Lökbatan”la yoxlama görüşlərində baş məşqçi Yuri Maksimovu qane edib. Onunla 1-illik anlaşılıb.
Herve Tçami 2013-cü ildə Kamerun yığmasında debüt edib. O, millinin heyətində 1 oyun keçirib.