- Baxış sayı: 30
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 22
- Dekabr 05, 2025
- 0

“Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilə imzalayıb. Allsport.az xəbər verir ki, fransalı futbolçu Hamidu Keyta 2026-cı il mayın 31-dək Naxçıvan komandasının formasını geyinəcək.
31 yaşlı yarımmüdafiəçi ötən mövsümü Türkiyə “Konyaspor”unda keçirib. O, yerli azarkeşlərə də yaxından tanışdır. Belə ki, Keyta Azərbaycan premyer liqa klublarından “Zirə” və “Qarabağ”ın da formasını geyinib. Futbolçu müxtəlif illərdə Fransa, Rumıniya və Portuqaliya klublarının heyətində də yer alıb.