Kikboksçumuz 2022-ci ilin ən yaxşı idmançısı seçilə bilər

Kikboksçu Bəhram Rəcəbzadə 2022-ci ilin ən yaxşı idmançısı seçilə bilər. Allsport.az xəbər verir ki, “Best of Birmingem”in qalibi olmaq üçün beynəlxalq ümumdünya oyunlar assosiasiyası (IWGA) ilin idmançı və komandaları arasında səsvermə keçirir.

Səsverməyə beynəlxalq idman federasiyaları tərəfindən təklif olunmuş 23 idmançı və 12 komanda qatılıb.

Bunların hamısı ötən il 7 – 17 iyulda ABŞ-n Birmingem şəhərində (Alabama ştatı) baş tutmuş XI ümumdünya oyunlarının iştirakçılarıdır.

Azərbaycandan bu səsvermədə sözügedən yarışın çempionu, dünya və Avropa çempionatının, eləcə də Konyada keçirilmiş V islam həmrəyliyi oyunlarının qalibi Bəhram Rəcəbzadə də iştirak edir.

Səs vermək üçün link (https://www.theworldgames.org/awards/Athlete-of-the-Year-2022-108).

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish