“Kilian ən yaxşıların ən yaxşısıdır”

“Barselona”nın və Fransa millisinin müdafiəçisi Jül Kunde “Real Madrid”ə yeni gələn Kilian Mbappeni tərifləyib və onu “ən yaxşıların ən yaxşısı” adlandırıb.

Allsport.az xəbər verir ki, bu barədə o, “Diario sport”a açıqlama verib:

“Buna görə də böyük oyunlarda ən yaxşılarla qarşılaşmaq üçün futbol oynayıram. Və bu mənada Kilian ən yaxşıların ən yaxşısıdır. Beləliklə, çox gözəldir.

Kilian Mbappe kimi oyunçunu təkbaşına dayandırmaq olmaz, bu, həm də kollektiv səy tələb edir. Belə oyunçulara qarşı oynamaq səni davam etdirməyə, daha çox şey istəməyə həvəsləndirir və səni inandırır ki, əgər çox çalışsan, gec-tez buna nail olacaqsan”.

Həmin kateqoriyadan