“Kilian kifayət qədər səy göstərmədi”

PSJ və Fransa yığmasının sabiq futbolçusu Jerom Roten, hücumçu Kilian Mbappeni “Real”a keçəndən sonra onu xəyanətdə ittiham edib.

Allsport.az xəbər verir ki, bu barədə o, №RMC sport”a açıqlama verib:

“Beş ay ərzində Kilian kifayət qədər səy göstərmədi. Bu, məşqçinin, menecerlərin, prezidentin, azarkeşlərin problemi deyil… Sadəcə, onun hörmət problemidir. Özünüzü dünyanın ən yaxşı oyunçularından biri hesab edirsinizsə, ona belə yanaşmaq lazımdır.

Komanda yoldaşların, ölkən, klub üçün mübarizə aparmalısan. Düşünürəm ki, o, bütün mövsüm boyu bizə xəyanət etdi, imic baxımından başdan ayağa fəlakət oldu. Mən ona çox qəzəbliyəm. Onun Fransa komandasında təbəssümünü görəndə izləmək mümkün deyil!”.

Həmin kateqoriyadan