- Baxış sayı: 37
- 09 Yanvar 2026 20:43
- Baxış sayı: 169
- Yanvar 09, 2026
- 0

“Bavariya”nın müdafiəçisi Kim Min Ce Avropanın bir neçə klubundan maraqlı təkliflər alsa da, gələcəyi ilə bağlı qəti qərarını verib.
Allsport.az xəbər verir ki, 29 yaşlı cənubi koreyalı futbolçu gələn bütün təklifləri rədd edərək, ən azı yaya qədər Münhen klubunda qalmaq və əsas heyət uğrunda mübarizə aparmaq niyyətindədir. \
Xüsusilə “Fənərbağça” və bir sıra İtaliya təmsilçiləri futbolçunu heyətinə qatmağa çalışsalar da, oyunçudan mənfi cavab alıblar.
Cari mövsümdə 17 rəsmi matça çıxan Kim Min Ceninin klubla hazırkı müqaviləsi 2028-ci ilin iyununa qədər davam edir.