- Baxış sayı: 38
- 12 Yanvar 2026 22:50
- Baxış sayı: 207
- Yanvar 11, 2026
- 0

Beynəlxalq idman tədqiqatları mərkəzi (CİES football observatory) Avropanın beş top-çempionatı istisna olmaqla, dünyanın ən yaxşı gənc dayaq yarımmüdafiəçilərinin reytinqini dərc edib.
Allsport.az xəbər verir ki, siyahıya Moskva MOİK-nin yarımmüdafiəçisi Matvey Kislyak liderlik edir. Reytinqdə ikinci pillədə Niderlandın “AZ Alkmaar” klubundan Kees Smit, üçüncü yerdə isə “Utrext”in oyunçusu Qjival Zekyel qərarlaşıb. Dördüncü yeri Belçika “Brügge”sinin üzvü, tanınmış məşqçi Dejan Stankoviçin oğlu Aleksandar Stankoviç tutur.