- Baxış sayı: 25
- 03 Mart 2026 22:11
- Baxış sayı: 56
- Mart 02, 2026
- 0

“Red Bull”un beynəlxalq futbol direktoru Yurgen Kloppun şirkətdəki gələcəyi sual altına düşüb.
Allsport.az xəbər verir ki, rəhbərlik almaniyalı mütəxəssisin bəzi qərarlarından və fəaliyyətindən narazıdır, bu isə onun vəzifəsindən kənarlaşdırılması ehtimalını gündəmə gətirib.
Klopp 2024-cü ilin yayında “Liverpul”dan ayrıldıqdan sonra, 2025-ci ilin yanvarından etibarən “Red Bull”un idman istiqamətinə rəhbərlik etməyə başlamışdı. Lakin son iddialar mütəxəssisin korporativ mühitdən uzaqlaşaraq yenidən məşqçiliyə qayıtmaq istədiyini göstərir. Xüsusilə “Real Madrid” klubunun Yurgen Kloppa ciddi maraq göstərdiyi və onu komandanın “sükanı arxası”nda görmək istədiyi bildirilir.