Koke tarixə keçdi

“Atletiko”nun yarımmüdafiəçisi Koke İspaniya superkubokunun yarımfinalında “Real”a qarşı keçirilən matçda start heyətində yer almaqla Madrin derbilərinin tarixinə düşüb.

Allsport.az xəbər verir ki, 34 yaşlı ispan futbolçu karyerası ərzində 44-cü dəfə “Real”a qarşı meydana çıxaraq, Madrid derbilərində ən çox oyun keçirən futbolçu rekordunu ələ keçirib.

Bununla da o, “kral klubu”nun sabiq müdafiəçisi Serxio Ramosun (43 oyun) rekordunu geridə qoymağı bacarıb.

“Atletiko”nun yetirməsi olan Koke bütün peşəkar karyerasını doğma klubuna həsr edib.

Həmin kateqoriyadan