- Baxış sayı: 39
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 122
- Fevral 06, 2026
- 0

“Köln” baş məşqçi Gerhard Ştruber və idman direktoru Kristian Kellerlə yolunu ayırıb.
Allsport.az xəbər verir ki, cari mövsümün sonuna qədər idman direktoru vəzifəsini Tomas Kessler, baş məşqçi postunu isə Fridhelm Funkel icra edəcək.
“Köln” II bundesliqada mayın 3-də sonuncu pillədə qərarlaşan “Yan Regensburq”la görüşdə xal itirib – 1:1. Çempionatın başa çatmasına iki tur qalmış bu komanda 55 xalla ikinci pillədə qərarlaşıb. Lider “Hamburq”un 56 xalı var.