Kolo Muaninin əvəzinə Cekson

“Yuventus” Randal Kolo Muani ilə razılığa gələ bilməsə, diqqətini “Çelsi”nin hücumçusu Nikolas Ceksona yönəldəcək.

Allsport.az xəbər verir ki, Turin təmsilçisi Kolo Muaninin transferində PSJ ilə razılığa gələ bilmir.

Bu keçid uğursuz olarsa, “qoca sinyora” 24 yaşlı seneqallını almaq üçün “Çelsi”yə rəsmi təklif göndərəcək.

Cekson ötən mövsüm premyer liqada “Çelsi”nin heyətində 30 oyun keçirib, 10 qol vurub və 5 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan