- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov, konfrans liqasının 2-ci təsnifatında İsraildə Tel-Əviv “Makkabi”si oyun öncəsi mətbuat konfransı keçirib. Allsport.az saytı xəbər verir ki, o, matçla bağlı bunu deyib:
“Sabah bizi “Makkabi”yə qarşı cavab qarşılaşması gözləyir. Bu, bizim üçün növbəti beynəlxalq oyundur. İnkişaf edib, səviyyəmizi artırmaqdan ötrü yaxşı fürsətdir. Böyük istəklə, həvəslə oyuna hazırlaşırıq. Düşünürəm ki, komandamız son matçdakı nəticəni artıq unudub.
Bütün diqqət və motivasiyamızı sabahkı oyuna yönəltmişik. Məşqlərdən də bunu hiss edirəm. Sabah ən əsası istərdik ki, maraqlı oyun olsun. Rəqibə qarşı əzmkar mübarizə göstərib, yaxşı nəticə ilə səfər görüşündən ayrılaq”.
“Blumfild” stadionunda qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Komandalar arasında ilk görüş rəqibin 3:0 qələbəsi ilə başa çatıb.