Konfrans liqasında pley-off yekunlaşdı

Fevralın 26-da konfrans liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib və 1/8 finalın bütün iştirakçıları bəllı olub.

Allsport.az xəbər verir ki, pley-off mərhələsinin gərgin mübarizəsindən sonra aşağıdakı klublar növbəti mərhələyə yüksəliblər:

  • “Lex” (Polşa)
  • AZ Alkmaar” (Niderland)
  • “Kristal Pəlas” (İngiltərə)
  • “Fiorentina” (İtaliya)
  • “Samsunspor” (Türkiyə)
  • “Selye” (Sloveniya)
  • “Siqma” (Çexiya)
  • “Riyeka” (Xorvatiya)

Bu komandalar 1/8 finalda liqa mərhələsini ilk 8 pillədə bitirmiş “Rayo Valyekano”, “Şaxtyor”, AEK (Afina), “Sparta”, “Mayns”, AEK (Larnaka), “Strasbur” və “Rakuv” klubları ilə qarşılaşacaqlar. Turnirin püşkatma mərasimi bu gün, fevralın 27-də baş tutacaq.

Həmin kateqoriyadan