- Baxış sayı: 41
- 03 Mart 2026 22:11
- Baxış sayı: 62
- Mart 02, 2026
- 0

Braziliyalı ulduz Duqlas Kosta karyerasını İtaliya “D” seriyasında çıxış edən “Kyevo”da davam etdirə bilər.
Allsport.az xəbər verir ki, klubun sahibi Pyetro Laterza 34 yaşlı vingeri 6 aylıq müqavilə ilə heyətə qatmağı planlaşdırır.
Məqsəd futbolçunu mövsümün sonunda Laterzanın digər klubu olan Dubayın “Əl-İttifaq” komandasına transfer etməkdir. Hazırda Dubay təmsilçisində legionçu limiti dolu olduğu üçün bu keçid “Kyevo” vasitəsilə reallaşdırılır.
“Yuventus” və “Bavariya”nın sabiq oyunçusu son olaraq Avstraliyanın “Sidney” klubunda çıxış edib.