Kostomarov paramarafonda qaçmaq istədiyini açıqlayıb

Buz rəqsi üzrə olimpiya çempionu Roman Kostomarov etiraf edib ki, gələn il özünü paramarafonda sınamaq istəyir.

Allsport.az xəbər verir ki, Kostomarov 10 yanvar 2023-cü ildə pnevmoniya ilə reanimasiyaya yerləşdirilib və 175 gün klinikada olub. İnkişaf edən nekroz səbəbindən onun qolları və ayaqları bir neçə dəfə amputasiya olunub.

“Mən həmişə bu cür idman təşəbbüslərini dəstəkləyirəm və iştirak edirəm. Mən fiqurlu konkisürən olsam da, istənilən idman növü qaçışsız tamamlanmır, o, hər hansı bir idmançının əsasını təşkil edir, sizi daha güclü və möhkəm edir. Mən həmişə qaçmağı sevirdim, o vaxtlar konki sürmək daha asan olan proqramlarıma güc verirdi. Belə bir beynəlxalq miqyaslı hadisə böyükdür, belə layihələr bütün ölkələrin inkişafına və dostluğuna kömək etməlidir” – RİA-ya açıqlamasında bildirib.

Həmin kateqoriyadan