Paraatletimiz dünya çempionu olub

Yaponiyanın Kobe şəhərində paraatletika üzrə dünya çempionatı davam edir.

Allsport.az xəbər verir ki, mundialda Azərbaycan millisi ilk medalını rəsmiləşdirib.

T-13 kateqoriyasında Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçışda qızıl medal qazanıb. O, finişə 11,94 saniyəyə çataraq dünya çempionu tituluna yiyələnib.

Qeyd edək ki, bu, 22 yaşlı Vəliyevanın ümumilikdə üçüncü dünya çempionluğudur. Lamiyə ötən il Fransanın paytaxtı Parisdə təşkil edilmiş dünya çempionatında da 100 metr və 400 metr məsafəyə qaçışda qızıl medal qazanıb.

Həmin kateqoriyadan