- Baxış sayı: 43
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 42
- Noyabr 21, 2024
- 0
“Kubok oyunlarında 3 yerli basketbolçu ilə oynadığımıza görə rotasiya imkanlarımız məhduddur”.
Allsport.az xəbər verir ki, bunu “Xırdalan” basketbol klubunun baş məşqçisi Uğur Özdəmir deyib.
Azərbaycan kubokunun IV turunda “Xəzri”ə 64:75 məğlub olan mütəxəssis görüşü şərh edib. O bildirib ki, komandasının son periodda yorğunluğu həlledici olub: “Məhz bu dövrədə problem yaşadıq. Onun xaricində son perioda qədər bərabər səviyyəli oyun gedirdi, gözəl basketbol nümayiş etdirdik. Lakin son peridodda həm biz öz oyunumuzda konsentrasiyanı itirdik, həm də bəzi fərqli məqamlar nəticəyə təsir etdi. Bu fərqli məqamları artıq 2 oyundur ki, yaşayırıq. Kubok estafetini özümüz üçün bitmiş hesab edirik. Çempionat oyunlarına köklənməyə çalışacağıq”.