- Baxış sayı: 27
- 24 İyun 2025 12:21
- Baxış sayı: 92
- İyun 24, 2025
- 0
Millimizin basketbolçusu Zaur Paşayevin formasını geyindiyi «Kutaisi 2010» klubu Gürcüstan Superliqasında növbəti matça çıxıb.
Allsport.az saytı xəbər verir ki, «ağ-yaşıllar» səfərdə ölkə çempionatının lideri «Dinamo» komandası ilə qarşılaşıb. Gərgin keçən görüşdə həmyerlimizin komandası 75:72 hesabı ilə qalib gəlib və Gürcüstan kubokunda yarımfinal məğlubiyyətinin əvəzini çıxıb.
Bu oyunda da Zaur Paşayev ən yaxşı olub. O, 16 xal qazanıb, 9 ötürmə verib, 10 götürmə edib. 8 kollektivin yer aldığı çempionatda «Kutaisi» 21 xalla 2-ci yerdədir.