- Baxış sayı: 51
- 19 Noyabr 2024 18:36
- Baxış sayı: 85
- Noyabr 21, 2024
- 0
Laçın şəhərində keçirilən “Sağlam həyat” günlərinə yekun vurulub.
Allsport.az xəbər verir ki, tədbirə 100-dən çox iştirakçı qoşulub.
Müxtəlif yaş qruplarından olan iştirakçılar qoşularaq qaçış, yerindən uzunluğa tullanma, top atma, ağırlıqqaldırma, turnik, paralel qollar, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi (“jim” və “press”) normativlərini yerinə yetiriblər. Normativləri yerinə yetirən bütün iştirakçılara sertifikatlar təqdim olunub.
“Sağlam həyat” günləri layihəsi ilk dəfədir ki, işğaldan azad edilmiş və əhalinin məskunlaşdığı bölgələrdə təşkil edilib.