- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Bu cümə günü «Lans»ın gələcəyinə bir qədər aydınlıq gələcək. Allsport.az saytı xəbər verir ki, bu iddia ilə «qırmızı-sarılar»ın rəmsi internet səhifəsi çıxış edib. Həmkarlarımızın yazdığına görə, komandanın Azərbaycanlı sahibi Hafiz Məmmədov yayda DNCG-in hesabına 14 milyon avro köçürməyi vəd edib. Klubun prezidenti Jerve Matrel bir sıra zəmanətləri təqdim etmək üçün Fransa futbol camiyəsində görüşlər keçirib. Belədirsə, onda «Lans» rahat nəfəs ala bilər.
Artıq firənglər təsdiqləyiblər ki, Hafiz Məmmədov bu komandanın səhmdarı olaraq qalır. İlkin olaraq 2,5 milyon avro «Lans» üçün ödənilib. Üstəlik, tanınmış iş adamının maliyyə vəziyyətinin düzəlməsi ilə vəziyyətdən çıxışa böyük start görütülüb.
«Şimalın səsi» bəyan edib ki, «Bakı»nın prezidenti Azərbaycanda lütfünə qayıtmağa yol alıb: «Bir qədər öncə onun hesabı dondurulmuşdu və Bakıda arzuolunmaz vəziyyətə düşmüşdü. Hafiz Məmmədovun sərvətinin 900 milyon avro qiymətləndirilir. Sahibkar bu günlərdə yenidən öz xəzinəsinə qovuşacaq. Hər halda, ehtiyatla».