“Lev Yaşin” mükafatına 10 namizəd

“France Football” nəşri ilin ən yaxşı qapıçısına verilən “Lev Yaşin” mükafatına namizədləri açıqlayıb.

Allsport.az namizədləri təqdim edir:

1. Alisson Bekker – “Liverpul” (İngiltərə)
2. Yassin Bonu – “Əl-Hilal” (Səudiyyə Ərəbistanı)
3. Lüka Şevalye – “Lill” (Fransa)
4. Tibo Kurtua – “Real Madrid” (İspaniya)
5. Canluici Donnarumma – PSJ (Fransa)
6. Emilyano Martines – “Aston Villa” (İngiltərə)
7. Yan Oblak – “Atletiko Madrid” (İspaniya)
8. David Raya – “Arsenal” (İngiltərə)
9. Mats Sels – “Nottingem Forest” (İngiltərə)
10. Yann Sommer – “İnter” (İtaliya)

“Lev Yaşin” mükafatı 2019-cu ildən təqdim olunur. Bu mükafatı indiyədək Alisson Bekker, Canluici Donnarumma, Tibo Kurtua və iki dəfə Emilyano Martines qazanıb.

Həmin kateqoriyadan