- Baxış sayı: 33
- 06 Fevral 2026 12:51
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

“Barselona”nın hücumçusu Robert Levandovski Səudiyyə Ərəbistanından olan komandaların maraq dairəsindədir.
Allsport.az xəbər verir ki, bu ölkənin bir neçə klubu 36 yaşlı futbolçunu izləyir və onun bu yay keçməyə hazır olub-olmadığını öyrənmək üçün ətrafı ilə əlaqə saxlayıb.
Polşalı oyunçunun karyerasını “Barsa”da davam etdirmək istədiyi bildirilir, lakin sərfəli təklif gələrsə, klub onu sata bilər.
2024/25 mövsümündə Levandovski İspaniya çempionatında 34 oyun keçirib, 27 qol vurub və 2 məhsuldar ötürmə edib.