- Baxış sayı: 31
- 04 Mart 2026 20:27
- Baxış sayı: 69
- Mart 02, 2026
- 0

“Barselona”nın hücumçusu Robert Levandovski göz yuvası sümüyünün sınığından sonra komandanın məşqlərinə qayıdıb.
Allsport.az xəbər verir ki, fevralın 28-də “Vilyarreal”la matçda zədələnən 37 yaşlı forvard hazırlıqlarda xüsusi qoruyucu maska ilə iştirak edir.
Cari mövsümdə 14 qol və 3 məhsuldar ötürmə ilə yadda qalan polşalı ulduzun yaxın oyunlarda meydana çıxıb-çıxmayacağı bərpa prosesindən asılı olacaq. Tibbi heyət təcrübəli oyunçunun vəziyyətini ciddi nəzarətdə saxlayır.