- Baxış sayı: 38
- 12 Yanvar 2026 22:50
- Baxış sayı: 207
- Yanvar 11, 2026
- 0

İspaniya superkubokunun finalında “Barselona”nın “Real Madrid” üzərində 3:2 hesablı qələbəsi polşalı hücumçu Robert Levandovski üçün əlamətdar olub.
Allsport.az xəbər verir ki, bu qarşılaşmada fərqlənən 37 yaşlı forvard karyerası ərzində “kral klubu”nun qapısına keçirdiyi topların sayını 12-yə çatdırıb.
Levandovski bu göstərici ilə “Barselona”nın sabiq ulduzu Luis Suares və “Atletiko Madrid”in hücumçusu Antuan Qrizmanna çatıb.
XXI əsrdə “Real”ın qapısına ən çox qol vuran futbolçu isə 26 qolla argentinalı ulduz Lionel Messidir.
Levandovski “Real”a qarşı keçirdiyi ümumilikdə 18 rəsmi matçda 12 qola imza atıb. O, bu qolları üç müxtəlif klubların heyətində vurub: “Barselona” (10 oyunda 6 qol), Dortmund “Borussiya”sı (5 oyunda 5 qol) və “Bavariya” (3 oyunda 1 qol).