- Baxış sayı: 24
- 25 Mart 2026 22:56
- Baxış sayı: 193
- Mart 25, 2026
- 0

Müdafiəçi Nikolas Talyafiko “Lion”a qayıdır.
Allsport.az xəbər verir ki, Fransa klubu ilə müqaviləsi iyunun 30-da başa çatan 32 yaşlı futbolçu komandaya qayıdacaq.
O, daha bir il müddətinə uzadılması variantı ilə iki illik sözləşmə imzalayacaq.
Ötən mövsüm Talyafiko bütün yarışlarda 33 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.